Yazıçı Fəxri Uğurlu ilə 4-cü Gənc Ədiblər Məktəbinin üzvlərinin və oxucuların görüşü keçiriləcək.
Kulis.az xəbər verir ki, müzakirə və söhbət xarakterli görüş 6 avqust saat 17:00-da "Azərkitab"da baş tutacaq.
Görüşdə Gi De Mopassanın “Boyunbağı” hekayəsi, Fəxri Uğurlunun “Ehsan” hekayəsi müzakirə olunacaq. Fəxri Uğurlu hekayə janrının xüsusiyyətləri, yazıçı üçün zəruri olan məqamlar barədə fikirlərini bölüşəcək.
- Anar: "Müzakirə etməyə ayrı mövzu tapmırlar" - Açıqlama
- [b]Mövludu xatırlayarkən – Anar Amin yazır[/b]
- Gəncə Dövlət Filarmoniyasında “Musiqi kimliyimiz” layihəsi baş tutdu
Görüşə hər kəs qatıla bilər.