Tanınmış rəssamın əsəri 29 milyona satıldı

Tanınmış rəssamın əsəri 29 milyona satıldı
12 fevral 2020
# 11:33

Tanınmış ingilis rəssamı Devid Hokninin "The Splash" (Çiləmə) rəsm əsəri 29,8 milyon dollar satılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 1966-cı ildə çəkilən rəsm sonuncu dəfə 2006-cı ildə satışa çıxarılıb. Sözügedən rəsm əsəri fevralın 11-də hərraca çıxarılıb və 29,8 milyon dollara satılıb.

Qeyd edək ki, Devid Hoknin pop-art üslubunda Kaliforniyada müasir bir evin qarşısında yerləşən hovuzda su sıçrayışını təsvir edən üç rəsm əsəri çəkib. Onun fevralın 11-də London auksionunda satılan rəsmdən əlavə, 1966-cı ildə kətan üzərində yazılmış və şəxsi kolleksiyada saxlanılan "Small Splash" və "Big Splash" əsərləri var.

# 1170 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #