Tanınmış rejissor dünyasını dəyişdi

Tanınmış rejissor dünyasını dəyişdi
6 may 2020
# 10:31

Tanınmış türk rejissoru Özer Kızıltan vəfat edib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən 57 yaşlı rejissor dünən axşam saatlarında dünyasını dəyişib.

1963-cü il aprelin 17-də İstanbulda doğulan Özer Kızıltan, 1994-cü ildə İstanbul Universiteti Hüquq Fakültəsini bitirib.

Sonrakı həyatını film sektoru ilə bağlayan mərhum rejissor "Takva", "Beni Unutma", "Aşkın 5 Hali", "Mahrumlar" kimi bədii filmləri, "Gülbeyaz", "Kurşun Yarası", "Yaralı Yürek", "Hayat Yokuşu" seriallarını ekranlaşdırıb.

# 1611 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #