Azərbaycanlı yazıçı vəfat etdi

Azərbaycanlı yazıçı vəfat etdi
5 yanvar 2021
# 12:30

Azərbaycan Yazıçılar Birliyinin üzvü fəlsəfə doktoru Elxan Ələsgərov vəfar edib.

Kulis.az xəbər verir ki, Elxan Ələsgərov un ölümünə səbəb koronavirus infeksiyası olub.

Elxan Ələsgərov 1955- ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Babası Ələsgər oğlu Hüseynbala məşhur azərbaycanlı metsenatı Zeynalabdin Tağıyevin şirkətində müdir vəzifəsində çalışıb. O, Bakı şəhəri “bayır” hissəsində bakılılar arasında “Sonbala acıqlığı” kimi tanınan, sonralar isə “Sovetksi” adlandırılan məhlənin təməlini qoyub.

Onu da qeyd edək ki, Elxan Ələsgərov Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorun müavini və “Baku International Policy and Security Network” ekspert qrupunun rəhbəridir. “Qafqaz Albaniyası” və “Qafqaz” Araşdırma Mərkəzlərinin təsisçisi olub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2 kitab, 200-dən çox məqalənin müəllifidir.

“Əli və Nino” romanı haqqında Azərbaycanda aparılan ilk elmi araşdırmasına görə, ona filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

# 3134 dəfə oxunub

Müəllifin son yazıları

# # #