Simran Qədimdən yeni kitab

Simran Qədimdən yeni kitab
30 iyun 2020
# 14:24

Simran Qədimin yeni kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, "Platonun mağarası" adlı detektiv romanı "Mücrü" nəşriyyatında işıq üzü görüb.

Kitabın annotasiyasında bunlar qeyd olunub:

Platonun mağara alleqoriyası canini tapmaqda kömək ola bilərmi? Kölgədəki adamın maskasını yırtıb kimliyini nəinki aşkara çıxarmaq, hətta bunu sübuta yetirmək lazımdır. Bu mümkünsüz, eyni zamanda qorxulu, təhlükəli iş isə, təkcə Elmanın boynuna düşür.

Kitabın redaktoru Cəlil Cavanşirdir.

Roman geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Xatırladaq ki, bu, müəllifin üçüncü kitabıdır, daha öncə “Əcəl düyünü” və “Hesab vaxtı” adlı detektiv romanları çap edilib.

# 1961 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #