Məşhur moda evi "Veneranın Doğuşu" tablosundan istifadəyə görə məhkəməyə verildi

Məşhur moda evi "Veneranın Doğuşu" tablosundan istifadəyə görə məhkəməyə verildi
10 noyabr 2022
# 18:40

"Uffizi" qalereyası Sandro Bottiçelli-nin "Veneranın Doğuşu" rəsmindən icazəsiz istifadə etdiyi üçün məşhur Fransız moda evini məhkəməyə verib.

Kulis.az xəbər verir ki, dünyanın ən çox ziyarət edilən muzeylərindən biri olan "Uffizi" Fransız moda evinin tablodan paltarda istifadə edərək, onlardan icazə alınmadığını açıqlayıb. Faktla bağlı iddia qaldırılıb. İddiaya görə, muzey işin paltardan çıxarılmasını və ya kommersiya razılaşması əldə etmək üçün moda evindən tez bir zamanda onlarla əlaqə saxlamağı xahiş edib. Lakin məktublarına cavab gəlməyincə məhkəməyə müraciət etməli olub.

Şərf, paltar, şalvar və köynəklərdə “Veneranın Doğuşu” tablosundan istifadə edən moda evinin 100 min avrodan çox təzminat ödəyəcəyi bildirilib.

# 1317 dəfə oxunub

Müəllifin son yazıları

# # #