Şəhriyarın anım günündə möhtəşəm tədbir keçiriləcək

Şəhriyarın anım günündə möhtəşəm tədbir keçiriləcək
9 sentyabr 2021
# 11:40

18 sentyabr İranda fars dili və poeziya günü kimi qeyd edilir.

Kulis.az xəbər verir ki, həmin gün adı gedən ölkədə Azərbaycan, Türkiyə və Rusiyanın mədəniyyət nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbir keçiriləcək.

18 sentyabr həm də ustad Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatı günüdür. Bu münasibətlə şairin vətəni Təbriz şəhərində möhtəşəm poeziya tədbiri planlaşdırılır.

Bu barədə İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin nümayəndəsi Qasım Nazimi məlumat verib.

O, nəzərə çatdırıb ki, cari ildə bu əlamətdar gün ilə əlaqədar beynəlxalq xarakter daşıyan tədbirlər yalnız Təbriz şəhərində deyil, Tehran daxil olmaqla İranın müxtəlif şəhərlərində də keçiriləcək.

# 1680 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #