Şahlar Göytürk: "Mənim anam sağdır" Ən qısa hekayə

Şahlar Göytürk: "Mənim anam sağdır" Ən qısa hekayə
24 dekabr 2013
# 19:00

Kulis.Az Şahlar Göytürkün “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Mənim anam sağdır” (246 işarə) hekayəsini təqdim edir.

O, sirli həqiqətin sözlə ifadəsi idi. İlk dəfə «Ondan yarandığını və Ona qayıdacağını» eşidəndə «O» kəlməsini başqa millətlərin dilində axtarmağa başladı: O, An, On, Ana, hu, ille,hi... Ana sözünü Tanrının ən qədim adları sırasında görəndə qışqırdı: Yalan danışmayın, mənim anam sağdır!

# 3434 dəfə oxunub

Müəllifin son yazıları

# # #