Seymur Baycan Zamin Hacını hədələdi

Seymur Baycan Zamin Hacını hədələdi
26 aprel 2021
# 11:10

“Öz tərəfimdən bu davada atəşkəs elan edirəm.”

Bu sözləri Seymur Baycan son zamanlar baş verən ədəbi polemikalarla bağlı azlogos.eu saytında yazıb. O daha sonra əlavə edib:

“Artıq bütün vaxtımı hekayələrə sərf etmək niyyətindəyəm. Hər birinizə can sağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayıram. Xahiş edirəm heç kim heç kimdən dərindən inciməsin. Düşünürəm ki, uzun müddətdir davam edən bu yazışmalar nəticəsində ölü ədəbi mühitimiz xeyli canlandı. Xeyli vacib mövzulara toxunduq. Ürəyimizi boşaltdıq. Ən əsası, yəqin ki, bu yazışmaların azacıq da olsa bir faydası oldu.

S.Baycan yazısının sonunda polemikada iştirak edib onu tənqid edən Zamin Hacı ilə haqq-hesab çəkəcəyini də qeyd edib:

“Bu atəşkəs elanı təkcə Zamin Hacıya aid deyil. Onunla ayrıca haqq-hesabım var. Yaxın günlərdə necə lazımdırsa cavabını alacaq.”

# 1761 dəfə oxunub

Müəllifin son yazıları

# # #