İrland yazıçısı Lüsi Kaldvel “Bu günlər” romanına görə tarixi fantastika üzrə Valter Skott mükafatını qazanıb.
Kulis.az BBC-yə istinadən xəbər verir ki, irland yazıçısı Lüsi Kaldvel Melrozda keçirilən Sərhədlər Kitab Festivalının qalibi elan edilib.
O, İkinci Dünya müharibəsi zamanı doğma şəhərinin havadan bombardman edilməsi hekayəsindən yola çıxaraq yazdığı romana görə 25000 funt-sterlinq qazanıb.
- Mən səndən öncə ölmək istəyirəm – Günün şeiri
- Özfəaliyyətimiz elə bu qədərmiş - Akif Əli yazır...
- İqlim fəalları Van Qoqun əsərini hədəf alıblar
Qeyd edək ki, 2009-cu ildə təsis edilən Valter Skott mükafatı Sebastian Berri, Robert Harris, Andrea Levi və Hilari Mantel kimi qalibləri ilə Britaniyanın ən mühüm ədəbi mükafatlarından birinə çevrilib.