Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı

Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
27 noyabr 2020
# 15:53

X Beynəlxalq “Cinayət və cəza” film festivalının qalibləri bəlli olub.

Kulis.az xəbər verir ki, pandemiya ilə əlaqədar yaranan mövcud vəziyyətə görə mükafatlandırılma onlayn şəkildə baş tutub.

Festivalda ən yaxşı uzunmetrajlı film mükafatını “Yad” filmi ilə Nader Saeivar qazanıb. Mustafa Altınerin “İnsiyak” filmi isə münsiflərin özəl mükafatına layiq görülüb. Ən yaxşı qısametrajlı film mükafatını isə Onur Gülərin “Yara” filmi qazanıb.

Qeyd edək ki, festivalda azərbaycanlı rejissor Rüfət Əlizadə də “Arzu” qısametrajlı filmi ilə iştirak edib.

# 1817 dəfə oxunub

Müəllifin son yazıları

# # #