Ramil Əhmədin kitabı Türkiyədə nəşr olundu

Ramil Əhmədin kitabı Türkiyədə nəşr olundu
7 oktyabr 2020
# 13:32

Gənc yazar Ramil Əhmədin “Zaman tuneli” adlı kitabı Türkiyə türkcəsində çap olunub.

Mədəniyyət Nazirliyindən Kulis.az verilən məlumata görə, şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən nəşr olunub.

Kitab Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində, “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə çap edilib.

Qeyd edək ki, kitab 5000 tirajla işıq üzü görüb.

# 1603 dəfə oxunub

Müəllifin son yazıları

# # #