Qismət Şəhriyarın verilişindən danışdı: "Bu, “nəsil söyüşü”dür!"

Qismət Şəhriyarın verilişindən danışdı: "Bu, “nəsil söyüşü”dür!"
12 fevral 2021
# 16:43

"Ədəbiyyat tarixinin dövrləşdirilməsi məsələsi ciddi şəkildə müzakirə olunmalıdır".

Bu sözləri şair-esseist Qismət tanınmış şair Şəhriyar Del Geraninin Real TV-də yayımlanan "Real İzim" verilişinin Vaqif Səmədoğlu ilə bağlı buraxılışında ədəbi nəsillərlə bağlı səslənən fikirlərə münasibət bildirərkən söyləyib. O, daha sonra bildirib:

"Doğurdan da məhbus nömrələməsinə oxşayan, "60-cılar", "70-cilər" şəklində yazılanda bu cı-lı, ci-li metod hansı meyarlarla işləyir?!

Bəzən adama elə gəlir ki, bir-birindən fərqli müəllifləri nədir-nədir eyni vaxtda doğulublar, ya da eyni ərəfədə kitabları çıxıb deyə topdansatış məntiqlə, "nətərgəldi" təsnif edərək "filanıncı illər ədəbi nəsli" deməkdəki məqsəd filoloji yolla "nəsil söyüşü" söyməkdir!

Məsələn, pasportunun surətini notarial qaydada təsdiqlətdirmək imkanı olmayan Nizami Gəncəvini bəlkə min yüz altmışıncılar nəsli kimi keçək?

Ümumiyyətlə, bizdə dünyanın məşhur sənət tarixçilərinin yazdığı "Sənət tarixini necə yazmalı?" tipində kitabları, məqalələri axırıncı dəfədir nə vaxt tərcümə və müzakirə olunub görən?

Ədəbiyyatşünaslıq da, ədəbiyyat tarixçiliyi də yaradıcı olmasa, alternativlər təklif etməsə, onun statistika komitəsindən nə fərqi olur ki?"

# 2107 dəfə oxunub

Müəllifin son yazıları

# # #