Qarabağ haqqında daha bir roman

Qarabağ haqqında daha bir roman
18 mart 2020
# 14:28

Yazıçı Qalib Şəfahətin yeni “Sandıq” romanı nəşr edilib.

Kulis.az xəbər verir ki, “Alatoran” nəşriyyatında işıq üzü görən kitabın redaktorları Fidan Müşfiq və Təranə Musayevdir.

Yazıçı bu əsərində Qarabağ məsələsinə fərqli bir rakursdan yanaşmaqda, oxucunu gözlənilməz dramatik həyat hadisələrinin burulğanına salmaqdadır.

İlk səhifədən sona qədər "bu hadisələr gerçəkdən baş vermişmi" sualı oxucunu rahat buraxmır. Lakin oxucunun, yazıçının inandırıcı üslubu qarşısında yazılanları həqiqət kimi qəbul etməkdən başqa bir seçənəyi qalmır.

Qeyd edək ki, roman 500 nüsxə ilə çap olunub.

Görüntünün olası içeriği: 1 kişi

# 2659 dəfə oxunub

Müəllifin son yazıları

# # #