Pikassonun 104 milyonluq əsərləri satışa çıxarılır

Pikassonun 104 milyonluq əsərləri satışa çıxarılır
14 avqust 2021
# 16:41

Las-Veqas şəhərindəki bir restoranda 20 il asılı qalan Pablo Pikassonun əsərləri oktyabr ayında hərraca çıxarılacaq.

Rəssamın hərraca çıxarılacaq 11 əsərinin ümumi dəyəri 104 milyon dollardan çoxdur.

Qeyd edək ki, Pablo Pikasso XX əsr təsviri sənətinin ən tanınmış şəxsiyyətlərindən biri olub. Ən məşhur əsərləri sırasında “Avinyonlu qızlar” və “Gernika” əsərləri xüsusi yer tutur. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltaraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərib. Pikassonun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirib.

# 1911 dəfə oxunub

Müəllifin son yazıları

# # #