Paulo Koelyo Türkiyəyə yardım etdi

Paulo Koelyo Türkiyəyə yardım etdi
2 noyabr 2020
# 11:30

Məşhur brazilyalı yazıçı Paulo Koelyo Türkiyənin İzmir şəhərində baş verən zəlzələyə görə zərərçəkmişlərə yardım edəcəyini bildirib.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, yazıçı tvitter profilindən Quran kitabından “Əlbəttə çətinliyin yanında bir asanlıq vardır” ayəsini paylaşıb.

Yazıçı daha sonra bunları qeyd edib:

“Türk dostlarıma, Beynəlxalq QızılXaç və Qızılay Hərəkatı vasitəsilə ianə edəcəm. Dəstəyin zəlzələdən təsirlənən Türkiyə və Yunanıstan arasında necə bölüşdürüləcəyinə RCRC qərar verəcək”.

# 2033 dəfə oxunub

Müəllifin son yazıları

# # #