Milli Kitabxanadan oxuculara daha bir virtual xidmət

Milli Kitabxanadan oxuculara daha bir virtual xidmət
30 mart 2020
# 20:02

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı elektron məlumat bazası virtual rejimdə oxuculara təqdim edilib.

Kitabxanadan bildirilib ki, məlumat bazasında mövzuya dair kitablar, məqalələr, videogörüntülər və digər sənədlər nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/soyqirim/ elektron ünvanından tanış olmaq mümkündür.

# 2137 dəfə oxunub

Müəllifin son yazıları

# # #