Orhan Pamukun "Məsumiyyət muzeyi" serial olur

Orhan Pamukun "Məsumiyyət muzeyi" serial olur
25 may 2020
# 10:05

Nobel mükafatlı yazıçı Orhan Pamukun “Məsumiyyət muzeyi” romanı əsasında serial çəkiləcək.

Kulis.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış köşə yazarı Ertuğru Özkök “Hüriyyət” qəzetində yazdığı köşədə məlumat verib. O, dünyanın ən böyük yayım platformalarından olan “Amazon Prime”nin Orhan Pamukla “Məsumiyyət muzeyi” romanı əsasında serial çəkmək üçün danışıqlar həyata keçirdiklərini qeyd edib.

Təxminən iki ildir gündəmdə olan bu layihədə baş rolu Çağatay Ulusoyun oynayacağı söylənilir.

# 1840 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #