"Miçəklər tanrısı" əsəri seriala çevrilir

"Miçəklər tanrısı" əsəri seriala çevrilir
21 aprel 2023
# 14:00

Nobel mükafatı laureatı britaniyalı yazıçı Uilyam Qoldinqin yazdığı dünyaca məşhur “Milçəklər tanrısı” əsəri seriala çevrilir.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, əsəri ekrana BAFTA mükafatlı ssenarist Cek Torn gətirəcək.

Hər biri bir saat davam edən 4 hissədən ibarət serial BBC One-da yayımlanacaq.

1954-cü il yazılan romanda kimsəsiz adada qalan bir qrup yeniyetmənin yaşamaq uğrunda mübarizəsindən bəhs edilir.

Roman ilk dəfə 1960-cı illərdə rejissor Piter Bruk tərəfindən bir neçə film adaptasiyası alıb. Və təxminən 30 il sonra, 1990-cı ildə yenidən onun əsasında başqa bir film çəkilib.

# 833 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #