Okan Bayülgen həbs olunur

Okan Bayülgen həbs olunur
26 fevral 2021
# 13:25

Məşhur Türkiyəli aktyor Okan Bayülgen 4 ilə qədər həbs cəzası ilə mühakimə olunacaq.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, aktyor Okan Bayülgen bir il əvvəl “Yuxusuzlar klubu” adlı proqramında YouTuber Muhammet Çumanoğlunu geri zəkalı adlandırdığı üçün 2 ildən 4 ilədək həbs cəzası ilə mühakimə olunacaq.

Okan Bayulgen məsələyə münasibətini bildirərək deyib:

"Proqram zamanı Muhammet Çumanoğlu tərəfindən bənzər videolar çəkən insanlar haqqında bir açıqlama verdim. Sosial mediada emosional münasibətlərə, sevgiyə şərh verib fikir yürüdən və onları mühakimə edən insanlar haqqında gerizəkalı ifadəsini işlətmişəm. Proqram təhlil olananda bu ifadənin Muhammet Çumanoğlu ilə əlaqəli olmadığı aydınlaşacaq".

İstintaq nəticəsində isə Okan Bayülgen gerizəkalı sözünü təhqiramiz məzmunda istifadə etdiyini qəbul edib və 2 il 4 ay həbs cəzasına məhkum olunub.

Növbəti mərhələdə Bayülgen İstanbul Cəza Məhkəməsi Asliye Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.

# 2032 dəfə oxunub

Müəllifin son yazıları

# # #