Fərid Hüseynin kitabı Serbiyada çap olundu

Fərid Hüseynin kitabı Serbiyada çap olundu
19 avqust 2019
# 11:02

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, “Kaspi” qəzetinin Ədəbiyyat Əlavəsinin redaktoru, gənc şair Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib.

“Qəlbin tərbiyə dərsləri” adlı kitabdakı şeirləri rus dilindən serb dilinə tanınmış ədəbiyyatşünas, nüfuzlu ədəbi tənqidçi, mütərcim Nina Smic tərcümə edib.

Nəşrdə müəllifin 60 şeiri yer alıb. “CompuTech” nəşriyyatında işıq üzü görən kitaba F.Hüseynin şeirləri haqqında iki məqalə daxil edilib: Məqalələrin birini Serbiya Yazıçılar Birliyinin sədri, tanınmış şair Radomir Andriç, digərini isə nəşrin mütərcimi qələmə alıb.

# 1408 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #