Fələstin əsilli Danimarka şairi Yəhya Həsən evində ölü tapılıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə gələn polislər 24 yaşlı şairin hər hansı bir cinayətin qurbanı olmadığını bildirib.
Qeyd edək ki, müsəlmanları tənqid edən Həsən, 2013-cü ildə nəşr etdirdiyi “Gyldendalın” şeirlər toplusu ilə məşhurlaşıb. 100 min tirajla satılan kitabda şair danimarkalı mühacirləri, onların dini görüşlərini, cinayətkar davranışlarını və ölkədə assimilyasiya edilməməsini tənqid etmişdi. Onun kitabı Danimarka müsəlmanları arasında etiraz doğurub.
- Azərbaycanla Özbəkistan arasında kino sahəsində əməkdaşlıq müzakirə olundu
- Sinəm üstə saxlaram ayağının izini... – Rəbiqə peyğəmbərlərə şeir yazdı
- Sevgilisini hamının gözü qarşısında öpdü, anası ilə 30 il sonra görüşdü, hər iki ayağını kəsdilər – Xalq şairinin məşəqqətli həyatı
Bu səbəblə 2013-cü ildə Həsənə hücum edilərək, şairə bir neçə dəfə başından zərbə vurulub. Radikal düşüncəli insanların davamlı təhdidlərinə görə Həsən Danimarka təhlükəsizlik və kəşfiyyat idarəsinin nəzarəti altına alınıb.