Gənc şair Fuad Cəfərlinin “33 şeir” adlı yeni kitabı işıq üzü görüb.
Kulis.az xəbər verir ki, kitabda müəllifin son illərdə qələmə aldığı poetik nümunələr toplanıb.
Uşaqlığı müharibə dövrünə düşənlərə həsr olunan şeirlər kitabı 72 səhifədir. “33 şeir” “Biz klub” layihəsinin dəstəyi ilə işıq üzü görüb.
Kitabın redaktoru Tural Turan, məsləhətçisi isə Emil Rasimoğludur.
Qeyd edək ki, “33 şeir” müəllifin ikinci şeirlər kitabıdır. Fuad Cəfərli ümumilikdə üç bədii kitabın müəllifidir.
Müharibə uşaqlarına həsr olunan “33 şeir” kitabı çap olundu
14 noyabr 2020
11:20
1785 dəfə oxunub