Müğənnimiz beynəlxalq festivalda təltif olundu

Müğənnimiz beynəlxalq festivalda təltif olundu
7 iyul 2021
# 10:46

Azərbaycanın Əməkdar artisti Nərgiz Kərimova Ukraynada "O-FEST"-2021 Beynəlxalq Festivalında diploma layiq görülüb.

Kulis.az-ın verdiyi xəbərə görə, bu il səkkizincisi baş tutan festival 2013-cü ildən keçirilir.

Nərgiz Kərimova artıq 4 ildir ki, həmin festivalda ölkəmizi təmsil edən yeganə iştirakçıdır.

“O-FEST” Beynəlxalq musiqi fetsivalında Avstriya, Azərbaycan, Belorusiya, Gürcüstan, İran, Qazaxıstan, Çin, Litva, Moldova, Ukrayna və Sloveniyadan olan sənətçilər iştirak edib.

# 1307 dəfə oxunub

Müəllifin son yazıları

# # #