Amerikalı yazıçı Stiven Kinq “Facebook” sosial şəbəkəsindəki hesabını siləcəyini bəyan edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, yazıçı bunu “Facebook”un siyasi reklamlarda yaydığı yalana və şəxsi məlumatların qorunmasını həyata keçirməməsinə görə etdiyini bildirib.
“Facebook”dan gedirəm. Məni onun siyasi reklamlarındakı yalan informasiya qane etmir. Və mən onun şəxsi məlumatları mühafizə qabiliyyətinə şübhə edirəm”, - Kinq Twitter hesabında yazıb.