Məşhur rəsm əsərini üçüncü dəfə oğurladılar

Məşhur rəsm əsərini üçüncü dəfə oğurladılar
28 avqust 2020
# 11:01

Məşhur hollandiyalı rəssam Frans Halsın (1582-1666) çəkdiyi “Pivə bakalı əlində iki gülən oğlan uşağı” rəsmi Lerdam şəhərində yerləşən Xofi van Arden muzeyindən oğurlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, oğurluq avqustun 18-dən 19-na keçən gecə baş verib. Oğrular muzeyin arxa qapısını sındıraraq şəkli oğurlayıblar.

“Bu xəbər bizi çox kədərləndirdi. Ümid edirik əsər yaxın zamanlarda tapılıb muzeyə qaytarılacaq”, - deyə şəhər meri Sors Froxlix bildirib. Onun sözlərinə görə bu cinayət işinin açılmasına çoxlu polis cəlb olunub.

Qeyd edək ki, əsər artıq üçüncü dəfədir oğurlanır. Bundan öncə rəsm əsəri 1998 və 2011-ci ildə oğurlanmışdır. Birinci dəfə rəsm 3 il, ikinci dəfə isə 6 aydan sonra tapılaraq muzeyə qaytarılmışdır.

Gallery

# 1873 dəfə oxunub

Müəllifin son yazıları

# # #