Məşhur roman ABŞ-da qadağan edildi

Məşhur roman ABŞ-da qadağan edildi
2 may 2020
# 16:42

ABŞ-ın Alyaska ştatında məktəbdə Frens Skot Fitsceraldın "Möhtəşəm Qetsbi" romanı qadağan olundu.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, bundan başqa məktəb rəhbərliyinin qara siyahısına Cozef Xeylerin "Hiylə-22", Mayi Ancelonun "Bilmirəm, quş qəfəsdə niyə oxuyur?", Ralf Elisonun "Görünməz adam" və Tim Brayenin "Onlar nə apardılar" adlı kitabları da qadağan olunub.


Məktəb administrasiyasının fikrincə, bu əsərlərdəki seksual məzmunlu məqamlar, eləcə də ağ əhalinin nümayəndələrinə qarşı yönəldilmiş fikirlər məktəblilərin düşüncə tərzinə zərər vura bilər.
Maraqlı məqam isə ondan ibarətdir ki, bu qadağadan sonra kitab mağazalarında haqqında bəhs olunan romanlara tələbat kəskin surətdə çoxalıb.

# 2742 dəfə oxunub

Müəllifin son yazıları

# # #