Məşhur rejissor haqqında film çəkildi - Video

Məşhur rejissor haqqında film çəkildi - Video
4 iyun 2020
# 11:00

Məşhur alman rejissoru Rayner Verner Fassbinder haqqında çəkilən bioqrafiq filmin traileri yayımlandı

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, “Dözülməz uşaq” adlı bioqrafiq film dünya kinosununn ən məşhur simalarından biri Rayner Verner Fassbinderin həyatının 1969-cu ildən, 1982-ci ilə qədər olan dövrünü əks etdirir.

Filmin ssenari müəllifi Klaus Rixter, rejissoru Oskar Rehlerdi. Filmdə əsas rolu "O yenə buradadır" filmindəki obrazı ilə məşhurluq qazanan alman aktyoru Oliver Mazuççi ifa edir.

Film ötən yay Köln və Münhendə lentə alınıb. Onun Kann Film Festivalında təqdim ediləcəyi, daha sonra Almaniyada nümayiş olunacağı planlaşdırılsa da koronavirus pandemiyası səbəbindən filminin premyerası təxirə salınıb.

Xatırladaq ki, “Mariya Braunun izdivacı”, “Lola”, “Qorxu ruhu gəmirir”, “Petra fon Kantın göz yaşları” kimi kult filmlərin rejissoru Rayner Verner Fassbinder 1982-ci ildə 39 yaşında güclü narkotik qəbulundan dünyasını dəyişib.

# 2236 dəfə oxunub

Müəllifin son yazıları

# # #