Kitab sərgisi

Məşhur İslandiya müğənnisi İsraili boykot etdi

Məşhur İslandiya müğənnisi  İsraili boykot etdi
30 sentyabr 2025
# 11:13

Məşhur İslandiya müğənnisi Björk "Soyqırım üçün musiqi yox" ("No Music For Genocide") kampaniyasına qoşularaq musiqisini İsraildəki yayım platformalarından coğrafi olaraq bloklayıb.

Kulis.az xəbər verir ki, bu addımla o, 400-dən çox sənətçi ilə birgə İsrailə qarşı mədəni boykot hərəkatına qoşulub.

Kampaniya, sənətçiləri və musiqi şirkətlərini İsraildə fəaliyyət göstərən platformalardan əsərlərini çəkməyə çağırır və siyasi təzyiq vasitəsi kimi mədəniyyətin roluna diqqət çəkir.

Qeyd edək ki, bu təşəbbüs, İsrailin Fələstinə qarşı hərbi əməliyyatlarına etiraz olaraq dünya üzrə geniş dəstək tapmaqdadır.

# 74 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər