Corc Oruelin heykəli qoyuldu

Corc Oruelin heykəli qoyuldu
13 sentyabr 2017
# 13:46

Dünya ədəbiyyatının nəhənglərindən "1984" və "Heyvanıstan" əsərlərinin müəllifi Corc Oruel həm də jurnalist və naşir olub. "BBC"də yer alan xəbərə görə, yazar iki ildən çox burada işləyib.

Müharibə illərində İngiltərə hökumətinin nəzarəti altında fəaliyyət göstərən radionun Hindistan və qonşu ölkələr qoluna Oruel nəzarət edib. Dəfələrlə jurnalistlərin vəziyyətinin ağırlığından şikayət etsə də, bir nəticə əldə etməyib. Nəhayət, 1943-cü ildə iş şəraitinin dözülməz olması və işçi hüquqlarının tapdanması səbəbləri ilə istefa verib və istefasını belə açıqlayıb: "Nəticə əldə etmədiyimiz işlərlə məşğul olub öz zamanımı və xalqın pulunu boş yerə xərcləyirəm".

Ötən il isə BBC-nin əsas binası önünə Corc Oruelin heykəlinin qoyulması məsələsi gündəmə gəldi. Lakin radio rəhbəri Mark Tompson Orueli "qatı solçu" kimi damğalayaraq, bu təklifi birmənalı rədd etmişdi. Lakin İngiltərə İşçi Partiyasının üzvü, millət vəkili Canet Uaytikerin təkidləri və israrlı mübarizəsi öz müsbət nəticəsini verdi. Adı hələ də açıqlanmayan bir şəxs tərəfindən heykəlin hazırlanması üçün lazım olan bütün xərclər qarşılanıb. Cari ilin yanvar ayında BBC-nin idarə heyətinin başına keçən Robert Sitter də məsələyə müsbət cavab verib: "Corc Oruel XX əsrdə BBC üçün çalışan öncüllərdən biri olub. Onun jurnalist irsi BBC-nin arxivində hələ də qorunur. Artıq onun heykəli açıq havada layiq olduğu yerdə duracaq. Buradan keçən hamıya jurnalistikanın mahiyyətini, əhəmiyyətini xatırladacaq".

artkaspi.az

# 1277 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #