Məşhur çaz ifaçısı vəfat etdi

Məşhur çaz ifaçısı vəfat etdi
2 yanvar 2021
# 11:30

Fransız caz ifaçısı Klod Bollinq 90 yaşında dünyasını dəyişib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, musiqiçinin ölümünə səbəb müxtəlif mənşəli xəstəliklər olub.

Ötən əsrin 60-cı illərində məşhurluq qazanan cazmen 100-dən çox musiqi əsəri yazaraq ənənəvi caza öz töhvələrini verib.

Bollinqin ölümü ilə bağlı fransız aktrisa Brijit Bardo öz Twitter hesabında dərin məyusluq hissi keçirdiyini qeyd edərək yazıb: “Bollinq gəncliyini, 60 illik sadiq dostluğunu, həyatdakı sevinclərini və məzəli mahnılarını özü ilə götürərək getdi”.

# 1471 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #