Məşhur aktrisa xərçəngdən öldü

Məşhur aktrisa xərçəngdən öldü
16 iyul 2020
# 18:51

ABŞ-da "Robokop 2" kimi filmlərdə rol alan məşhur aktrisa Qalin Qorq vəfat edib.

55 yaşlı sənətçi uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş.

Qalin ağciyər xərçəngindən müalicə alıb, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Aktrisanın bacısı onun ölüm xəbərini verib və "Bacıma xərçəng diaqnozu qoyuldu və qısa vaxtda bütün bədənə yayıldı. Ona bir neçə gün yaşayacağı deyilmişdi. Amma o, uzun müddət xəstəliklə savaşdı və möcüzə olmasını gözlədi" sözlərini deyib. /axsam.az/

# 1825 dəfə oxunub

Müəllifin son yazıları

# # #