Telefon almaq üçün bəkarətini satanlar

Telefon almaq üçün bəkarətini satanlar
28 yanvar 2015
# 18:05

iPhone dəliliyi sərhəd tanımır. iPhone sahibi olmaq üçün körpələrini satanlar da var, sevgililərini satanlar da.

Kulis.Az maraqlı “iPhone dəlilikləri”ni təqdim edir.

Çində iPhone almaq istəyən bir ailə 6 uşaqlarından üçünü satışa çıxardı.

2011-ci ildə Çinli bir cavan oğlan iPhone almaq üçün böyrəyini satışa çıxardı. Böyrəyini satandan sonra gözlədiyindən daha çox pul aldığına görə əlavə olaraq iPad da alıb.

Songjiang Üniversitetində oxuyan bir çinli oğlan iPhone almaq üçün sevgilisini satışa çıxarmışdı.

Bazı internet saytlarında iPhone 6 əvəzində seks təklifi edən qadınlar peyda olub.

iPhone 5S'in satışa çıxarıldığı ilk gün Nyu-Yorkdakı Apple mağazasının önündə saatlarla növbə gözləmək istəməyən bir gənc xanım 2 min dollar dəyərindəki çantasını verərək növbədə üçüncü olmuşdu.

2013-cü ildə sadəcə ABŞ-da 3 milyondan çox iPhone oğurlanıb.

Çində gənc qız yeni bir iPhone 4 əvəzində bəkarətini satışa çıxardı.

iPhone 6 almaq üçün növbədə saatlarla gözləyən insanların bir-biri ilə dava eləməkləri də unudulmayıb.

İki il əvvəl bir ana cizgi filmi izləmək üçün uşağına iPhone veribmiş. Oğrular telefonu oğurlayıblar.

iPhone 6-nın ilk sahiblərindən olmaq üçün 22 gün əvvəl Apple mağazasının qarşısında yatmağa başlayan yapon oğlan onu görənləri heyrətləndirmişdi.

Adı açıqlanmayan bir iş adamı iPhone almaq üçün növbəyə durmaq istəmədiyindən ABŞ-dakı evsizlərə pul verib öz əvəzinə növbəyə qoymuşdu.

Mənbə: hurriyet.com.tr

# 2584 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #