Mişel Obama "Qremmi" mükafatı aldı

Mişel Obama "Qremmi" mükafatı aldı
27 yanvar 2020
# 14:22

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama "Ən yaxşı danışıq janrı" kateqoriyasında “Var olmaq” adlı memuar kitabına görə "Qremmi" mükafatı qazanıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, 62-ci Qremmi mükafatının təqdim olunma mərasimi yanvarın 26-da Los-Ancelesdə keçirilib. Səsli kitab formatında satışa çıxarılan audio kitab xeyli məşhurluq qazanmış, dünyanın 31 dilinə tərcümə edilmişdir.

Kitabın yüksək tirajla satışı təkcə Avropada deyil, Avstraliyada və digər qitələrdə də müşahidə olunub. Kitab ilk aylarda 10 milyondan çox satılıb.

# 2825 dəfə oxunub

Müəllifin son yazıları

# # #