Torpağın-daşın sağ olsun - Məmməd İlqar

Torpağın-daşın sağ olsun - Məmməd İlqar
7 fevral 2024
# 18:00

Kulis.az Məmməd İlqarın "Vətən" şeirini təqdim edir.

Vətən başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın-daşın sağ olsun.

Neçə cəfakeşin qalır,
Bir evdən bir qoşun qalır,
Beşin ölsə, beşin qalır,
O qalan beşin sağ olsun.

Çat verir, çatlayır dözüm,
Sən çatlama, canım-gözüm.
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun!

​​​​

# 773 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #