Millət vəkilindən yas mərasimləri ilə bağlı maraqlı təklif

Millət vəkilindən yas mərasimləri ilə bağlı maraqlı təklif
28 aprel 2020
# 10:06

Millət vəkili Fazil Mustafa öz yas mərasimləri ilə bağlı maraqlı açıqlama yazıb. O bildirib:

“Koronavirusun ən böyük mənəvi xeyri dünyada iddia edirəm ki, Azərbaycan xalqına dəyib. Ay yarımdır insanlar adam kimi sakitcə, təmtəraqsız, mollaların at oynatdığı məclislərdən uzaq, ölüsünü dəfn edib gəlib evində gələcək qayğıları ilə məşğul olurlar. Mənasız 7, 40, il mərasimlərinə xərclənən pulları da ciblərində qalıb. Müasir texnologiyanın köməyi ilə, yaxud da sosial şəbəkədə “Allahdan rəhmət!” diləməklə israfçılığın da qarşısı alınıb. İndi hünər odur ki, bu yobaz dinçi ünsürlərin müqavimətini qıraraq epidemiya təhlükəsindən sonra da elə bu cür davam edilsin. İsrafsız dini mərasimləri bir ənənəyə çevirmək artıq dövlətin həm təbliğat, həm də tətbiqat baxımından görəcəyi ən vacib işlərdən biridir.”

# 3818 dəfə oxunub

Müəllifin son yazıları

# # #