Millət vəkilindən ilginc açıqlama: “Hüseyn Cavidi oxuya bilmədim”

Millət vəkilindən ilginc açıqlama: “Hüseyn Cavidi oxuya bilmədim”
23 iyun 2021
# 10:38

“...Mən, demək olar ki, bədii ədəbiyyat oxumuram.”

Bu sözləri azlogos.eu saytına müsahibəsində millət vəkili Erkin Qədirli söyləyib. O, daha sonra əlavə edib:

“Vaxtilə nə oxumuşamsa, odur. Axırıncı dəfə nə vaxt bədii ədəbiyyat oxuduğumu xatırlamıram. Yox, yalan dedim. İndi Hüseyn Cavidi oxuyuram və açığı, o da ağır gedir. “Peyğəmbər”lə başladım, amma getmədi. “Şeyx Sənan”ı bitirdim, indi “İblis”i oxuyuram. Cavidin dili də çətindir, hərçənd reallıqdan qopara bilir.”

Xatırladaq ki, E.Qədirli eyni səbəblə saytımızın “İşdən kənar” layihəsinə müsahibə verməkdən imtina etmişdi.

# 2267 dəfə oxunub

Müəllifin son yazıları

# # #