Məhv edilən daha bir abidəmiz: Qarğabazar

Məhv edilən daha bir abidəmiz: Qarğabazar
15 oktyabr 2020
# 15:41

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən bildirilib ki, layihə çərçivəsində növbəti material Qarğabazar karvansarasına həsr edilib.

1681-ci ildə Füzuli rayonundakı Qarğabazar kəndinin mərkəzində Karvansara tikildiyi kəndin adına uyğun olaraq adlandırılsa da, bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər.

XVII əsrin yadigarı olan karvansara ipək ticarəti üçün çox əhəmiyyətli olan qədim karvan yolu üzərində yerləşirdi.

Karvansara Azərbaycan Respublikasının daşınmaz tarixi abidələrindən hesab edilir.

Qarğabazar kəndinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişlər.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur./azertag.az/

# 1830 dəfə oxunub

Müəllifin son yazıları

# # #