Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya bir nəfər seçildi - təkrar seçki keçiriləcək

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya bir nəfər seçildi - təkrar seçki keçiriləcək
14 iyul 2021
# 15:34

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 1 namizəd -Əlibəyov Gəray Ayaz oğlu İctimai Şuranın üzvü seçilib.

Kulis.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 8 yer üçün iyulun 16-da təkrar seçkilər keçiriləcək.

8 yer uğrunda 48 namizəd mübarizə aparacaq.

Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin seçici qismində iştirakı nəzərdə tutulub.

Apa.az

# 948 dəfə oxunub

Müəllifin son yazıları

# # #