Lent.az saytına yeni baş redaktor təyin olundu

Lent.az saytına yeni baş redaktor təyin olundu
1 aprel 2021
# 11:35

Kulis.az-ın məlumatına görə, bu vəzifəni tanınmış jurnalist Hafiz Heydərov icra edəcək.

Hafiz Qurban oğlu Heydərov 11 iyun 1983-cü ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Hafiz Heydərov 2005-ci ildən Azəri-Press İnformasiya Agentliyi (APA) ilə əməkdaşlığa başlayıb.

2008-ci ilə qədər APA-nın Şəki-Zaqatala bürosunun rəhbəri vəzifəsində çalışan H.Heydərov agentliyin mərkəzi ofisində fəaliyyətini davam etdirib. O, 2018-ci ildən APA-nın redaktorudur.

Ötən dövr ərzində müxtəlif beynəlxalq təşkilatlar tərəfindən media sahəsi üzrə təşkil olunmuş seminar və təlimlərdə iştirak edən H.Heydərov müxtəlif sertifikatlar və diplomlara layiq görülüb.

# 3665 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #