Kulisdə yayımlanan şeirə mahnı bəstələndi - Video

Kulisdə yayımlanan şeirə mahnı bəstələndi - Video
24 iyul 2020
# 14:15

Tanınmış bəstəkar – müğənni Sevinc Ağasıyeva vətənpərvərlik mövzusunda yeni layihəsini təqdim edib.

Kulis.az xəbər verir ki, səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva son günlər Azərbaycan Ermənistan sərhəddində baş verən hadisələrdən təsirlənərək ərsəyə gətirdiyi mahnıya klip də çəkdirib. Ekran işində Tovuzda qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və digər şəhidlərimizin kadrları, ordumuzun gücünü əks etdirən video görüntülər də yer alıb.

Qeyd edək ki, “Diriliş marşı” adlanan mahnının sözləri Əyyub Qiyasa məxsusdur. Klipin rejissoru Ruslan Zeynaldır. Klipdə gənc aktyor Türkay Cəfərli rol alıb.

Xatırladaq ki, “Diriliş marşı” ilk dəfə Kulisdə yayımlanıb.

# 2370 dəfə oxunub

Müəllifin son yazıları

# # #