Kitab satışı sahəsində ƏDV ləğv edilə bilər

Kitab satışı sahəsində ƏDV ləğv edilə bilər
27 avqust 2021
# 10:53

Rusiyada kitab satışı sahəsində ƏDV-nin ləğv edilməsi kitabların qiymətinin 30-40 faiz aşağı düşməsinə səbəb ola bilər.

Kulis.az rus mətbuatına istinadla xəbər verir ki, bu fikri Rusiya Kitab Birliyinin direktoru Sergey Stepaşin Rusiya kreativ həftəsi çərçivəsində keçirilən diskussiya zamanı deyib.

“Bu gün insanların çoxu kitab əldə edə bilmir. Bu barədə 20 ildir danışıram və hələ ki, birliyin direktoruyam yenə də danışacağam. Biz əlavə dəyər vergisi məsələsi üzərində bir daha düşünməliyik. Biz onu 20 il bundan qabaq 10 faizə qədər azalda bilmişik, ancaq Avropa ölkələrinin çoxu bu vergidən azaddır”, - deyə S.Stepaşin bildirib.

# 2120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #