Kinematoqrafçılar İttifaqından Kann Festivalına etiraz məktubu

Kinematoqrafçılar İttifaqından Kann Festivalına etiraz məktubu
1 iyul 2020
# 15:14

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Fransanın Azərbaycandakı səfiri Zakari Qrosa və Kann Beynəlxalq Kino Festivalının rəhbərliyinə etiraz məktubu göndərib.

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bu barədə bildirib: “Bu il keçiriləcək 73-cü Beynəlxalq Kann Kinofestivalına təqdim olunan filmlər arasında erməni rejissoru Nora Martirosyanın çəkdiyi “Əgər külək əsərsə” (“Si Le Vent Tombe”) filmindəki hadisələr Azərbaycanın işğal altındakı torpaqlarında, qondarma "Dağlıq Qarabağ Respublikası"nda cərəyan edir və film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissinin gücləndirilməsinə xidmət edir. Həmin filmin Venesiya, Nyu-York, Dovil, Toronto, San-Sebastyan, Anqulem, Pusan və Lionda nümayişi nəzərdə tutulur. Bu kinolentinin yaradıcıları xalqlar arasında düşmənçiliyi daha da qızışdırmaq üçün filmin yayılma arealını genişləndirmək və Azərbaycana, öz doğma torpaqlarına dönmək həsrəti ilə yaşayan xalqımıza qarşı nifrət hissini artırmaq niyyətlərini heç də gizlətmək istəmirlər. Bu baxımdan Respublika Kinematoqrafçılar İttifaqı dünya dövlətləri, BMT və Beynəlxalq Təşkilatlar tərəfindən tanınmayan qondarma rejimin bədnam ideoloji niyyətlərini Fransa ictimaiyyətinə və digər ölkələrin vətəndaşlarına sırımaq məqsədi daşıyan filmin Kann Festivalında nümayişinin baş tutmaması üçün əlindən gələni əsirgəməyəcək. Kinoittifaq İdarə heyəti bununla əlaqədar Fransanın Azərbaycandakı səfirliyinə və Kann Beynəlxalq Film Festivalının rəhbərliyinə etiraz məktubu göndərmişik. Ümidvarıq ki, istəyimizə nail ola biləcəyik”. /azertag.az/

# 2218 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #