Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.
Kulis.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, ötən dövr ərzində keçirilən iclaslarda 500 abidə və yeni aşkar edilmiş nümunə müzakirə edilib, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb.
2025-ci ildə Binəqədi rayonu üzrə dövlət mühafizəsində olan 8 abidənin məlumatında düzəliş olunub, həmin ərazidə yerləşən 7 və işğaldan azad olunmuş ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Həmçinin, Nazirlər Kabinetinin 9 yanvar 2026-cı il tarixli 6 nömrəli Qərarı ilə 87 abidənin məlumatlarında düzəliş edilib.
İclasda 41 tarixi və memarlıq əhəmiyyəti daşıyan obyektin dövlət mühafizəsinə götürülməsi barədə məsələ Şura üzvlərinin müzakirəsinə təqdim olunub.