Kann Festivalından vacib açıqlama

Kann Festivalından vacib açıqlama
9 aprel 2020
# 11:29

Kann Film Festivalı onlayn keçirilməyəcək.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Kann Film Festivalı onlayn formatda keçirilməyəcək. Bunu festivalın rəhbəri Terri Fremo açıqlayıb. O, bildirib ki, koronavirus infeksiyası may ayına qədər davam edərsə, film festivalı ləğv ediləcək.

Fermos sənət filmlərinin ekrandan yox, kinoteatrdan izlənməsinin vacib olduğunu vurğulayaraq tamaşaçılara belə bir ritorik sual ünvanlayıb: "Ues Anderson və Pol Verhoevenin filmlərini kompüter ekranında izləyək?"

Bundan əlavə o bildirib ki, Kann Film Festivalının onlayn keçirilməsi yeni filmlərin pirat saytlara sızması ilə nəticələnə bilər.

Xatırladaq ki, koronavirus pandemiyası nəticəsində təxirə salınan festivalın keçiriləcəyi tarixlər dəqiq bilinmir.

# 1842 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #