İtaliyada kino sahəsində senzura ləğv olunub

İtaliyada kino sahəsində senzura ləğv olunub
8 aprel 2021
# 09:41

İtaliyada kino sahəsində 1914-cü ildən tətbiq olunan senzura haqqında qanun ləğv edilib.

APA-nın “The Gardian”a istinadən verdiyi xəbərə görə, bu, İtaliyanın mədəniyyət naziri Dario Françeskininin qərarı ilə baş tutub.

Nazir yüz ildən çoxdur kino sahəsində yaradıcılıq azadlıqlarını məhdudlaşdıran bir sıra qaydaları ləğv edib.

Qeyd olunur ki, bu illər ərzində İtaliyanın 274, ABŞ-ın 130, digər ölkələrin isə 321 filmi müxtəlif cür məhdudlaşdırmalara məruz qalıb. Senzuraya məruz qalan ən məşhur ekran işi isə Bernardo Bertoluççinin “Parisdə son tanqo” filmidir. Onun bütün nüsxələri məhv edilib.

“Dövlətə yaradıcı adamların azadlıqlarına qarışmağa imkan verən sistem artıq tamamilə dayandırılırb”, - deyə nazir Dario Françeskini bildirib.

Mədəniyyət Nazirliyi filmlərin təsnifatı ilə bağlı yeni xüsusi komissiyanın yaradılmasını planlaşdırır. Komissiya filmlərin müəyyən edilmiş yaş qruplarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirəcək. Komissiyaya təkcə kino mütəxəssisləri deyil, pedaqoqlar, psixoloqlar, valideyn assosiasiyalarının və heyvanları müdafiə təşkilatlarının nümayəndələri də daxil olacaq.

Senzura haqqında qanunun ləğvindən sonra filmlərə prokat üçün qadağa qoyula bilməyəcək.

# 2129 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #