İsa Məshinin lezbiyan obrazına dindarlardan etiraz

İsa Məshinin lezbiyan obrazına dindarlardan etiraz
6 iyul 2020
# 13:45

Əfsanəvi ulduz Maykl Ceksonun qızı Paris Cekson yeni çəkilən “Habit” adlı dram filmində Həzrəti İsanı lezbiyan rolunda canlandırması xristianları qəzəbləndirib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, filmin yayımlanmasının qarşısını almaq üçün bir qrup insan petitsiya ilə çıxış ediblər. Onlar bu filmi küfr adlandıraraq filmin yayımlanmasına etiraz ediblər.

Çəkilişləri bu yaz başa çatan filmin premyera vaxtı hələ tam olaraq açıqlanmayıb. Film boyu Paris Cekson bir neçə dəfə İsa Məsihin obrazında görünür.

# 2656 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #