İçərişəhərdəki muzeylər bağlandı

İçərişəhərdəki muzeylər bağlandı
14 mart 2020
# 12:19

İçərişəhərdə yerləşən muzeylərin fəaliyyəti bu gündən etibarən dayandırılıb.

Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, COVID-19 (koronavirus) virusuna qarşı ölkədə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın bəzi sosial izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən və “İçərişəhər” Dövlət Tarixi memarlıq Qoruğu İdarəsinin strukturuna daxil bütün muzeylərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb./azertag.az/

# 1725 dəfə oxunub

Müəllifin son yazıları

# # #