Hərbçimiz Şuşada Qasım bəy Zakirin qəbrini tapdı - Video

Hərbçimiz Şuşada Qasım bəy Zakirin qəbrini tapdı - Video
16 dekabr 2020
# 13:49

Azərbaycanlı hərbçilər Şuşada görkəmli Azərbaycan şairi Qasım bəy Zakirin məzarını tapıb.

Kulis.az xəbər verir ki, gizir Elşən Bədəlovun çəkdiyi videoda Qasım bəy Zakirin baş daşını görürük.

Hərbçilərin çəkiliş apardığı Şuşa yaxınlığında olan qəbiristanlıqda daha bir Azərbaycan şairinin - Mirzə Ələsgər Növrəsin də qəbri var. Videoda o da əksini tapıb.

Hərbçilər qeyd edir ki, həmin qəbiristanlıqda üzərində ərəb əlifbası ilə yazılmış xeyli sayda qəbir var.

# 3112 dəfə oxunub

Müəllifin son yazıları

# # #