Homoseksuallığı gizlətmək qəddarlıqdır – Məşhurlar geylər haqqında nə deyir?

Homoseksuallığı gizlətmək qəddarlıqdır – Məşhurlar geylər haqqında nə deyir?
14 may 2020
# 12:20

Kulis.az məşhur filosof və siyasət adamlarının homoseksuallıqla bağlı fikirlərini təqdim edir.

Homoseksuallıq barbarlar tərəfindən, eynilə kölələrinin öyrənməsi liderlərinə sərf etmədiyi üçün fəlsəfəni sevmədikləri kimi, homoseksuallığın meydana çıxartdığı güclü dostluqlar və atəşli eşqlər də liderlərə sərf etmədiyi despot hökumətlərin idarəsi altında yaşayan insanlar tərəfindən ayıb kimi qarşılanır.

Platon

Filosof

Homoseksuallıq insanın şəxsi seçimi, şəxsi istiqamətindən çıxaraq artıq təşkilati bir gücə, lobbi hərəkatına çevirilib. Yer üzünün gəlib keçmiş ən faciəli fəlakəti ilə qarşı-qarşıyayıq. Bundan daha böyük fəlakət ola bilməz.

Fehmi Demirbağ

Türk Yazar

Homoseksualların yaşam tərzi heç kimə zərər vermir. Heç bir kədərə səbəb olmur. Əksinə, zövqə səbəb olur. Partnyorların hər ikisinin razılığı var. Əgər ikisindən birinin könlü olmasaydı, bu münasibət, fərdə zərər vermə, bir növ təcavüz olardı.

Ceremi Bentam

İngilis filosofu

İnanıram ki, dünya homoseksuallara qarşı bu ifritə ovunu bir gün mühakimə edəcək. Sözdə əxlaqlı insanlar tərəfindən məsum qruplara qarşı edilən inanılmaz bir ədalətsizlik olaraq İspan inkvizisiyasının və Nasist əsir düşərgələrini mühakimə etdiyi şiddətlə mühakimə edəcək. Həm kilsə, həm də nasistlər yaxşı iş gördüklərinə inanırdılar.

H.Maklin

Yazıçı

Homoseksuallıq əlbəttə avantaj deyil. Amma utanılacaq bir şey, əxlaqsız bir şey, ya da pis bir şey deyil. Xəstəlik olaraq da sinifləndirilə bilməz. Biz onu cinsi funksiyanın inkişaf mərhələsində bəlli fasilələr nəticəsində meydana gələn bir xüsusiyyət olaraq görürük. Keçmiş və müasir zamanda bir çox nüfuzlu insan homoseksual olub. Bunlardan Böyük İsgəndər, Mikelancelo, Leonardo da Vinçini qeyd etmək olar. Homoseksuallığı cinayət olaraq qanuni yollarla gizlətməyə çalışmaq böyük ədalətsizlik və qəddarlıqdır.

Ziqmund Freyd

Alim-psixiatr

Mən bir Katolik olaraq böyüdüldüm və Katolik Kilsəsinə görə, homoseksuallığını tətbiq etmədiyin müddətdə homoseksual olmaqda bir problem yoxdur. Bu, çox qəribədir, çünki mən də katolikliyi tətbiq etmədiyin müddətdə katolik olmaqda bir problem görə bilmirəm.

Bob Smit

Yazar

İki kişini öldürdüm dövlət mənə medal verdi, bir kişini sevdim məni ordudan qovdular.

Leanordo

Amerikalı homoseksual əsgər

Homoseksuallıq - Tanrının həqiqi istedadlıların başını övladla qatmamaq yoludur.

Sem Austin

Yazar

Homseksual olmaqdansa zənci olmağ seçərəm. Çünki zənci olduğunuzu ananıza söyləmənizə ehtiyac yoxdur.

Carlz Pirs

Filosof

Homoseksual olmaqdansa diktator olmaq yaxşıdır.

Aleksandr Lukaşenko

Belarus prezidenti

Oğlumun homoseksual olmasındansa bir avtomobil qəzasında ölməsini seçərəm. Homoseksual bir cütlük mənim yaşadığım binada yaşamağa başlasa evim qiymətdən düşər. Əgər əl-ələ gəzər və öpüşsələr mənim varlığım dəyərdən düşər.

Jair Bolsonaro

Braziliya prezidenti

# 5935 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #